15 avqust 2026. Şənbə

Bombardirlər siyahısında dəyişiklik


Bombardirlər siyahısında dəyişiklik

"Barselona"nın oyunçusu Rafinya, Çempionlar Liqasının cari mövsümündə bombardirlər siyahısına başçılıq edir.

90deqiqe.Az xəbər verir ki, o, 1/8 final mərhələsinin cavab oyununda "Benfika"ya qarşı 11-ci dəqiqədə vurduğu qolla mövsümdəki 10-cu qolunu qeyd edib. Beləliklə, Rafinya, "Borussiya Dortmund"un hücumçusu Seru Girassi ilə birgə turnirin ən çox qol vuran oyunçusudur. Hər ikisi 10 qol vurub. "Barselona"nın Robert Levandovski və "Bavariya"nın Harri Keyn, 9 qol ilə üçüncü yerdədilər.

Xatırladaq ki, görüş "Barselona"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə Kataloniya təmsilçisi növbəti mərhələyə adlayıb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu