29 iyun 2026. Bazar ertəsi

"Bavariya" oyunu öldürdü"


"Bavariya" oyunu öldürdü"

"Bayer Leverkuzen"in qapıçısı Lukas Hradecki UEFA Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə cavab oyunundan sonra fikirlərini bildirib.

90deqiqe.Az xəbər verir ki, 35 yaşlı qolkiper bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

“Komandamız hazırda tənəzzüldədir. Etiraf etmək lazımdır ki, rəqib daha yaxşı idi. "Bavariya" təcrübəli, oyunu öldürməyi bacaran komandadır. Bu dəfə məhz belə etdilər. "Bayer"in demək olar ki, heç bir qol şansı yox idi.”

Xatırladaq ki, Münhen klubu "Bayer"i ümumi 5:0 (3:0, 2:0) hesabı ilə məğlub etmişdi. Çempionlar Liqasının 1/4 finalında Vinsent Kompaninin komandası Milanın "İnter"i ilə gücünü ölçəcək. Qarşılaşmalar apreldə baş tutacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu