15 avqust 2026. Şənbə

"Mən vurmaq istədim, amma..."


"Mən vurmaq istədim, amma..."

"Barselona"nın cinah oyunçusu Lamin Yamal UEFA Çempionlar Liqasının 1/8 finalında "Benfika"ya qalib gəlişindən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 17 yaşlı ispaniyalı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

 “Bu matçda ən çox işi komanda yoldaşlarım gördü. Mənim yardımım? Həmin anda qapıya zərbə endirmək istədim, lakin Rafinya bunu qola çevirdi".

Xatırladaq ki, cavab görüşündə "Barselona" 3:1 hesabı ilə qalib gəlib. İlk görüşdə Kataloniya komandası daha güclü olub – 1:0. Çempionlar Liqasının 1/4 final mərhələsində Hans-Diter Flikin yetirmələri "Lill" - "Borussiya" matçının qalibi ilə qarşılaşacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu