31 yanvar 2026. Şənbə

“Liverpul” Çempionlar Liqasında ilk dəfə penaltilər seriyasında uduzub


“Liverpul” Çempionlar Liqasında ilk dəfə penaltilər seriyasında uduzub

"Liverpul" Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa təmsilçisi PSJ-yə 4:0 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb

90deqiqe.Az-ın "Opta Sport"a istinadən verdiyi xəbərə görə, "Liverpul" tarixində ilk dəfə Çempionlar Liqasında penaltilər seriyasında məğlub olub.

İlk görüşdə parisliləri səfərdə 1:0 hesabı ilə məğlub edən Arne Slotun yetirmələri cavab oyununda “Enfild”də eyni nəticə ilə məğlub olub. 1/4 finala vəsiqənin taleyi fransızların üstün olduğu penaltilər seriyasında həll olundu – 4:1.

Bundan əvvəl Mersisaydlıların üç qələbəli “lotereyası” var idi. 1/4 finalda PSJ ya "Aston Villa", ya da "Brügge" ilə qarşılaşacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”