- Çempionlar liqası
- 02:44 13.03.2025
"Opta" superkompüteri, 2024/2025 UEFA Çempionlar Liqasının qalibi olmağa əsas namizədin adını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, turnirin 1/8 final mərhələsinin ilk cavab oyunları başa çatdıqdan sonra, PSJ-nin Avropanın ən nüfuzlu klub yarışında qalib gəlmək şansı ən yüksək olaraq 20,3% göstərilib.
Çempionlar Liqasının qalibi olmaq üçün ilk 10 namizədin siyahısı belədir:
1. PSJ - 20,3%
2. "Barselona" - 19,6%
3. "Arsenal" - 18,5%
4. "İnter" - 16,6%
5. "Real Madrid" - 10%
6. "Bavariya" - 9,2%
7. "Aston Villa" - 2,4%
8. “Atletiko” – 1,8%
9. "Lil" - 0,9%
10. "Borussiya" - 0,5%
Maraqlıdır ki, bir həftə əvvəl “Liverpul” "Opta"ya görə favorit hesab olunurdusa, dünən İngiltərə klubu PSJ-yə ümumi hesabda (1:0, 0:1 (1:4 pen.)) uduzaraq, kuboka iddialılar arasından çıxıb.