26 mart 2026. Cümə axşamı

Modriç Alvaresin penaltilər seriyasında ləğv edildiyi qolu şərh edib


Modriç Alvaresin penaltilər seriyasında ləğv edildiyi qolu şərh edib

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç "Atletiko Madrid"in hücumçusu Julian Alvaresin penaltilər seriyasında buraxdığı qolu şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Infobae" xorvatiyalının dediklərini belə çatdırıb. 

“Biz qalib gəldik, bu, inanılmaz hissdir. Alvaresin zərbə anını görmədim. Julian üçün bu, əsl uğursuzluqdur, amma futbolda belə olur. Çempionlar Liqasında daha da irəli getdiyimiz üçün çox şadıq".

Zərbə zamanı topa iki dəfə toxunulduğu üçün qola icazə verilmədi.

Ümumilikdə “Atletiko” və “Real Madrid” 1:1 (1:2, 1:0) hesabı ilə bərabərə qalıblar. Penaltilər seriyasında isə “Kral klubu”nun futbolçuları daha dəqiq olub – 4:2.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"