15 avqust 2026. Şənbə

"Atletiko" "Real"ın oyunçularının davranışı ilə bağlı UEFA-ya şikayət edib


"Atletiko" "Real"ın oyunçularının davranışı ilə bağlı UEFA-ya şikayət edib

"Atletiko Madrid" Çempionlar Liqasının 1/8 final mərhələsində komandaların üz-üzə oyunundan (1:0, 2:4 pen.) sonra "Real Madrid"in futbolçularını davranışlarına görə UEFA-ya şikayət edib.

90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən verdiyi xəbərə görə, “matrasçılar” “qaymaqlı” oyunçuların nalayiq davranışlarını əks etdirən dörd video yazı əlavə ediblər.

Bu videolarda Antonio Rüdiger və Vinicius Juniorun “Atletiko” azarkeşlərinə təxribat xarakterli jestlər etdiyi vurğulanır.

Rəqib oyunçulara qarşı təhqiramiz jestlər edən Kilian Mbappe və Daniel Seballosun yer aldığı videolar da göndərilib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu