30 sentyabr 2026. Çərşənbə

"Arsenal"ın əsas oyunçusu ÇL-da "Real"la oyunu buraxa bilər


"Arsenal"ın əsas oyunçusu ÇL-da "Real"la oyunu buraxa bilər

İtaliya yığmasının müdafiəçisi Rikkardo Kalafiori Millətlər Liqasında Almaniya ilə matçda zədələnib.

90deqiqe.Az-ın məlumatına görə, 22 yaşlı futbolçunun sağalması üçün iki-üç həftə vaxt lazımdır.

Buna görə də Kalafiori Çempionlar Liqasının 1/4 finalında "Real Madrid"ə qarşı ilk oyunu buraxmaq riski ilə üzləşib.

Komandalar aprelin 8-də Londonda qarşılaşacaqlar. 2024/2025 mövsümündə Kalafiori "Arsenal"ın heyətində 26 rəsmi oyun keçirib. Onlarda italiyalı müdafiəçi üç qol vurub və komanda yoldaşlarına iki məhsuldar ötürmə edib.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”