15 avqust 2026. Şənbə

"Vinisius və Mbappenin məndən yüksək olduğunu düşünmürəm"


"Vinisius və Mbappenin məndən yüksək olduğunu düşünmürəm"

"Arsenal"ın yarımmüdafiəçisi Bukayo Saka "Real Madrid"in futbolçuları Vinisius Junior və Kilian Mbappe səviyyəsindən nə qədər uzaq olduğu ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Düşünürəm ki, burada hər kəs özünə aid bir şey deyə bilər. Mən burada oturub onların məndən bir səviyyə yuxarı olduqlarını və buna bənzər şeylər söyləmək istəmirəm, çünki belə düşünmürəm. Sadəcə hər kəsə öz fikrini bildirmək imkanı verəcəyəm."

Qeyd edək ki, aprelin 8-də "Arsenal" və "Real Madrid" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununu keçirəcəklər. Emirates Stadionunda start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.  “Arsenal” hazırda İngiltərə Premyer Liqasının cədvəlində ikinci yerdədir.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu