29 iyun 2026. Bazar ertəsi

"O, 16 yaşında olduğu kimi eyni istedada malikdir"


"O, 16 yaşında olduğu kimi eyni istedada malikdir"

Çempionlar Liqasının 1/4 final mərhələsinin "Arsenal" ilə ilk oyunu öncəsi "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti London komandasının kapitanı, əvvəllər "Los Blancos"da çıxış etmiş Martin Odeqard haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, italyan mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Odeqard çox gəncdir. O, 16 yaşında olduğu kimi indi də eyni istedada malikdir. O, Avropanın ən yaxşılarından birinə çevriləcək xarakterə və cəsarətə malik idi"

26 yaşlı futbolçu 2015-ci ilin yanvarında 16 yaşında "Real Madrid"ə keçib.Norveçli ilk dəfə həmin ilin mayında "ağ-qaralar"da çıxış edib. Ümumilikdə o, "Real Madrid"in əsas komandasında 11 matçda qol vura bilməyib. 2021-ci ilin yayından futbolçu "Arsenal"da çıxış edir.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu