15 avqust 2026. Şənbə

Luis Enrike "Aston Villa"nın PSJ-yə nə dərəcədə bənzədiyini açıqladı


Luis Enrike "Aston Villa"nın PSJ-yə nə dərəcədə bənzədiyini açıqladı

PSJ-nin baş məşqçisi Luis Enrike komandası ilə "Aston Villa" arasındakı oxşarlıqları qeyd edib. 

90deqiqe.Az xəbər verir ki, "RMC Sport" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb. 

"Mən deyərdim ki, "Aston Villa" bizim komandaya o mənada bənzəyir ki, onların çox yönlü oyunçuları var. Onların start heyətində kimin olacağını təxmin etmək belə çətindir.Hər iki komanda üçün çətin matç olacaq"

Qeyd edək ki, aprelin 9-da UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda PSJ "Villa" ilə qarşılaşacaq. Görüş Parisdəki "Park des Princes" stadionunda baş tutacaq. Başlanğıc fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.Əlavə edək ki, PSJ Çempionlar Liqasında əvvəlki mərhələdə "Liverpul"u məğlub edərək 1/4 finala yüksəlib. “Aston Villa” “Brügge”dən güclü olduğunu sübut edib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu