7 mart 2026. Şənbə

Modriç ÇL-nın 1/4 final matçına başlayan üçüncü ən yaşlı oyunçudur


Modriç ÇL-nın 1/4 final matçına başlayan üçüncü ən yaşlı oyunçudur

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç Çempionlar Liqasının 1/4 final matçına çıxan üçüncü ən yaşlı oyunçu olub.

90deqiqe.Az-ın "Opta"ya istinadən verdiyi xəbərə görə, xorvatiyalı bunu 39 yaş 211 gün olarkən edib.

Yarışda 1/4 final matçına başlayan ən yaşlı oyunçu “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Rayan Giqqzdir. 2014-cü ildə "Bavariya" ilə oyun zamanı uelsli 40 yaş 123 günlük idi.

Siyahıda ikinci yerdə 2006-cı ildə "Lion"da oynayanda 39 yaş 339 günlük olan "Milan"ın keçmiş müdafiəçisi Alessandro Kostakurtadır.

Qeyd edək ki, “qaymaqlılar” hazırda “Arsenal”la qarşılaşır və hesab açılmayıb.







Çempionlar liqası

Çempionlar Liqasında həftənin oyunçusu bilindi
  • Çempionlar liqası
  • 23:48 26.02.2026
Çempionlar Liqasında həftənin oyunçusu bilindi