31 yanvar 2026. Şənbə

Kamavinqa "Real Madrid" azarkeşlərinə müraciət edib


Kamavinqa "Real Madrid" azarkeşlərinə müraciət edib

"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa UEFA Çempionlar Liqasının ilk 1/4 final matçında "Arsenal"a ağır məğlubiyyətdən (0:3) sonra  azarkeşlərə müraciət edib. 

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb.

"Bütün Madridistlərə: oyunun sonunda məyusluğum məni üstələyib və buna görə üzr istəyirəm. İnanmağa davam etməliyik və cavab oyununda sənə ehtiyacımız var. Hamımız birlikdə! Sona qədər! "Hala Madrid!" 

Xatırladaq ki, 22 yaşlı yarımmüdafiəçi matçın 90+4-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

“Real” və “Arsenal” arasında cavab oyunu Madriddə keçiriləcək. Görüş aprelin 16-na planlaşdırılıb. Oyunun qalibi Çempionlar Liqasının yarımfinalında PSJ-"Aston Villa" cütünün qalibi ilə qarşılaşacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”