30 sentyabr 2026. Çərşənbə

UEFA Çempionlar Liqasında həftənin komandasını açıqlayıb


UEFA Çempionlar Liqasında həftənin komandasını açıqlayıb

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, UEFA onların nəticələrinə əsasən həftənin komandasını tərtib edib.

Sommer ("İnter") - Timber ("Arsenal"), Saliba ("Arsenal"), Bastoni ("İnter"), Mendes (PSJ) - Barella ("İnter"), Rays ("Arsenal"), Vitinya (PSJ) - Yamal ("Barselona"), Kvaratsxeliya (PSJ), Levandovski ("Barselona").

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçları aprelin 15 və 16-da baş tutacaq. Çempionlar Liqasının kubokunun hazırkı sahibləri "Real Madrid"dir. Londonda “Arsenal”a 0:3 hesablı məğlubiyyətdən sonra “Los Blancos”un kuboku qorumaq şansları kəskin şəkildə azalıb.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”