29 iyun 2026. Bazar ertəsi

"Çempionlar Liqası kubokuna gedən yol məğlub olan favoritlərlə doludur"


"Çempionlar Liqası kubokuna gedən yol məğlub olan favoritlərlə doludur"

PSJ-nin baş məşqçisi Luis Enrike "Aston Villa" ilə 1/4 final cavab oyunu öncəsi komandasının UEFA Çempionlar Liqasının qalibi olmaq şanslarını dəyərləndirib. 

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

"Favoritlər? Çempionlar Liqası kubokuna gedən yol məğlub olan favoritlərlə doludur. İlk oyunda qalib gəldik, amma özümüzə inamımız yoxdur, ona görə də qalib gəlmək istəyimiz var. Yarımfinala çıxmağa layiq olduğumuzu göstərmək istəyirik"

İlk oyun Parisdə baş tutub və fransızların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu