- Çempionlar liqası
- 21:12 16.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"İnter"in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə cavab oyunu öncəsi danışıb.
90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" çalışdırıcının dediklərini belə çatdırıb.
"Biz Münhendə çox yaxşı oynadıq, orada qalib gəlmək üçün yaxşı oynamalı idik və xoşbəxtik, amma bilirik ki, təəssüf ki, bu, final deyildi. "Real Madrid"lə yanaşı, "Bavariya" olan dünyanın ən yaxşı komandasına qarşı möhtəşəm oyun keçirməli olacağıq.
Mən oğlanlarla və mövsümün necə keçdiyi ilə fəxr edirəm. Çox çətin matç olacaq, ilk görüşün nəticəsini unutmalıyıq, amma oyunun özünü yox, çünki çox yaxşı oyun keçirdik. Biz kiminlə qarşılaşdığımızı bilirik və gözəl oyun göstərməliyik”.
İlk görüş Almaniyada baş tutub və Milan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb."İnter" və "Bavariya" arasında 1/4 finalın cavab oyunu Milanda baş tutacaq. Oyun 16 aprelə planlaşdırılıb.