23 oktyabr 2024. Çərşənbə

Çempionlar Liqası: Ayaks APOEL-lə bacarmadı


Çempionlar Liqası: Ayaks APOEL-lə bacarmadı

Bugün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib. 

3-cü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Kiprin APOEL klubu öz doğma meydanında Hollandiyanın “Ayaks” klubu ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib.

Rumıniyanın ÇFR-i “Slaviya”nı (Çexiya), Avstriya LASK-ı isə Belçika “Brügge”sini qəbul edib. Bu oyunlarda isə qonaqlar minimal hesabla qələbə qazanıblar 

Pley-off mərhələsinin ilk oyunlarına sabah keçiriləcək 3 qarşılaşma ilə yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunları

20 avqust

APOEL (Kipr) – Ayaks (Hollandiya) 0:0

ÇFR (Kluj, Rumıniya) – Slaviya (Praqa, Çexiya) 0:1
Qol: Masopust, 28.

LASK (Avstriya) – Brügge (Belçika) 0:1
Qol: Vanaken, 10-pen.







Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"