29 iyun 2026. Bazar ertəsi

"Ançelotti bizə Çempionlar Liqasında uğurlar arzuladı"


"Ançelotti bizə Çempionlar Liqasında uğurlar arzuladı"

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan sonra "Real"ın baş məşqçisi Karlo Ançelotti ilə söhbəti haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, "AS" nəşri təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb:

"O, çox mehriban idi, bizə qələbə və Çempionlar Liqasında uğurlar arzuladı"

"Arsenal" 2008/2009 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalında çıxış edəcək. London klubu finala vəsiqə uğrunda PSJ ilə mübarizə aparacaq.

Ötən mövsüm "Real Madrid" finalda "Borussiya Dortmund"u 2:0 hesabı ilə inamla məğlub edərək Çempionlar Liqasının qalibi olub.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu