- Çempionlar liqası
- 22:39 12.12.2025
"Arsenal"ın hücumçusu Bukayo Saka UEFA Çempionlar Liqasının 1/4 finalında "Real"a qarşı keçirilən cavab oyunundan (2:1) sonra fikirlərini bildirib.
90deqiqe.Az xəbər verir ki, "Sport.es" futbolçunun dediklərini belə çatdırıb:
"Avropada oynaya biləcəyimizi və dünyanın ən yaxşı rəqiblərindən birini həm evdə, həm də səfərdə məğlub edə biləcəyimizi sübut etdik. Bu gecə real ifadədir. Çempionlar Liqasını qazana biləcəyimizi bilmək çox xoşdur"
13-cü dəqiqədə "Arsenal" penaltini qazansa da, Saka bunu qol çevirə bilməyib. Görüş London klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda "Arsenal" "Real Madrid"i 3:0 hesabı ilə məğlub edib. London klubu 2008/2009 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalında çıxış edəcək. London klubu finala vəsiqə uğrunda PSJ ilə mübarizə aparacaq.