14 dekabr 2025. Bazar günü

“Barselona” “Çelsi”ni darmadağın edib


“Barselona” “Çelsi”ni darmadağın edib

Qadınlar arasında UEFA Çempionlar Liqasının ilk yarımfinal matçında İspaniyanın “Barselona” klubu İngiltərənin “Çelsi”sini qəbul edib.

90deqiqe.az xəbər verir ki,  Barselonadakı “Mini Estadi” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kataloniya təmsilçisi 35-ci dəqiqədə hesabı açıb – bu qolda hücumçu Eva Pajor fərqlənib. 70-ci dəqiqədə Klaudiya Pina fərqi artıraraq “Barselona”nı 2:0 önə çıxarıb. Dörd dəqiqə sonra “Çelsi”nin müdafiəçisi Sendi Baltimor hesab arasındakı fərqi minimuma endirib. Lakin 82-ci dəqiqədə İrene Paredes üçüncü qolla fərqi bərpa edib. 90-cı dəqiqədə isə Pina dubla imza ataraq yekun nəticəni müəyyənləşdirib – 4:1.

Komandalar arasındakı cavab oyunu aprelin 27-də İngiltərənin paytaxtı Londonda, “Stemford Bric” stadionunda keçiriləcək.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi