14 dekabr 2025. Bazar günü

"Son 10 ildə doqquz dəfə Çempionlar Liqasından kənarda qalmışam"


"Son 10 ildə doqquz dəfə Çempionlar Liqasından kənarda qalmışam"

"Bavariya"nın futbolçusu Coşua Kimmix komandanın Çempionlar Liqasında “İnter”ə məğlub olaraq turnirdən kənarlaşdırılmasından sonra soyunub-geyinmə otağındakı atmosferdən danışıb.

90deqiqe.Az xəbər verir ki, "Bild" nəşri futbolçunun fikirlərini belə çatdırıb:

"Mən hiss edirdim ki, bu dəfə daha birləşmişik. Son 10 ildə doqquz dəfə Çempionlar Liqasından kənarda qalmışam və tez-tez müşahidə etmişəm ki, həmin məqamlarda özümüzdən şübhələnməyə və başqalarını günahlandırmağa başlayırıq. Bu mövsüm isə, xüsusilə də soyunub-geyinmə otağında, bir-birimizlə daha fərqli və pozitiv ünsiyyət qurduq.

Son bir neçə gündə heç kim günahkar axtarmırdı. Artıq nəyisə dəyişə bilməyəcəyimizi hamımız anlayırdıq və diqqətimizi son iki titul şansına yönəltdik. Klub – xüsusilə də ictimaiyyət qarşısında – çox ağıllı şəkildə davranır. Bu, bizim üçün böyük üstünlükdür və diqqətimizi yalnız özümüzə və çıxışımıza yönəltməyə imkan verir.”

1/4 final mərhələsinin ilk oyunu Münhendə baş tutub və 2:1 hesabı ilə milanlıların xeyrinə başa çatıb. İkinci oyun İtaliyada baş tutub və heç-heçə ilə yekunlaşıb - 2:2. Qarşılaşmada "İnter" 4:3 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi