14 avqust 2026. Cümə

Arteta azarkeşlərə müraciət etdi


Arteta azarkeşlərə müraciət etdi

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının yarımfinal oyunu öncəsi azarkeşlərə müraciət edib. 

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano çalışdırıcının dediklərini belə çatdırıb. 

"Azarkeşlərimizə demək istəyirəm ki, PSJ ilə hər matçda bizi dəstəkləməlidirlər. Öz butslarınızı, baldır qoruyucularınızı, şortlarınızı və köynəklərinizi gətirin! Çərşənbə axşamı hamımız Emirates-də ən heyrətamiz gecələrdən birində birlikdə oynayaq."

Çempionlar Liqasının yarımfinal mərhələsinin “Arsenal” – PSJ matçı aprelin 29-da keçiriləcək. Start fitinin Bakı vaxtı ilə saat 23:00-da səsləndirilməsi planlaşdırılır. Cavab oyunu mayın 7-nə təyin edilib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu