14 dekabr 2025. Bazar günü

UEFA Çempionlar Liqasının reqlamentini dəyişə bilər


UEFA Çempionlar Liqasının reqlamentini dəyişə bilər

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının reqlamentinə mümkün dəyişikliklərlə bağlı klubları araşdırır.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, yarışın pley-off mərhələsində əlavə vaxtın ləğvi variantı nəzərdən keçirilir. İki oyunun ümumi hesabının heç-heçə olması şərti ilə matçın əsas vaxtı bitdikdən dərhal sonra penaltilər seriyasının keçirilməsi təklif olunur. Bu tədbir futbolçuların iş yükünü azaltmağa kömək etməlidir.

Həmçinin eyni ölkəni təmsil edən klublar Çempionlar Liqasının 1/4 final mərhələsinə qədər ayrıla bilər. İlkin mərhələdə eyni ölkənin komandalarının iştirak etdiyi matçların azarkeşlər və yayımçılar arasında maraq yaratmadığı vurğulanır.

Bundan əlavə, turnirin ümumi mərhələsinin ilk səkkizliyindən birbaşa 1/8 finala yüksələn klubların pley-offun bütün mərhələlərinin cavab oyunlarını evdə daha aşağı nəticə göstərən komandalarla keçirəcəyi qaydanı tətbiq etmək olar.

Mövcud reqlamentə dəyişikliklə bağlı qərar mayın 30-da UEFA-nın Münhendə keçiriləcək Assambleyasında verilə bilər.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi