31 yanvar 2026. Şənbə

ÇL: Olimpiyakos Krasnodar'ı darmadağınla yola saldı


ÇL: Olimpiyakos Krasnodar'ı darmadağınla yola saldı

Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 oyunu keçirilib.

Corner.az xəbər verir ki, 3-cü təsnifat mərhələsində gözlənilmədən "Portu"nu mübarizədən kənarlaşdıran Rusiyanın "Krasnodar" klubu Yunanıstanda “Olimpiakos”un qonağı olub. Görüş meydan sahiblərinin darmadağınlı qələbəsi ilə başa çatıb - 4:0.

"Srvena Zvezda” (Serbiya) İsveçrə səfərində “Yanq Boyz”la üz-üzə gəlib.4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 2:2. Zaqreb "Dinamo"su isə Norveçin “Rusenborq” klubu qəbul edib. Meydan sahibləri rəqibindən üstün olub. 

21 avqust

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. “Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya) - 2:2
Qollar: 
Assale, 7. Hoarau, 76-pen – Degenek, 18. M.Qarsiya, 46.

23:00. "Dinamo” (Zaqreb, Xorvatiya) - “Rusenborq” (Norveç) - 2:0
Qolllar:
 Petkoviç, 8-pen. Orsiç, 28.

23:00. “Olimpiakos” (Yunanıstan) - “Krasnodar” (Rusiya) - 4:0
Qollar:
 Gerrero, 30. Randeloviç, 78; 85. Podense, 89.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”