26 mart 2026. Cümə axşamı

"İnter"dən "Barselona"ya tarixi erkən qol - Çempionlar Liqasında yeni rekord


"İnter"dən "Barselona"ya tarixi erkən qol  -  Çempionlar Liqasında yeni rekord

"İnter" Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə səfər matçında 30-cu saniyədə hesabı açıb.

90deqiqe.Az-ın "Opta Sports"a istinadən məlumatına görə, qolu Markus Tyuram vurub. Bu, turnirdə yarımfinal mərhələsində vurulan ən sürətli qol olub. 

Çempionlar Liqasının pley-off mərhələsində "İnter" "Feyenoord" (ümumi 4:1) və "Bavariya"nı (4:3) məğlub edib. “Barselona” “Benfika” (4:1) və “Borussiya Dortmund”dan (ümumi 5:3) güclü idi.

Çempionlar Liqasının hazırkı qalibi ötənilki turnirin finalında Dortmund "Borussiya"sını məğlub edən "Real Madrid"dir. “Barselona” sonuncu dəfə Çempionlar Liqasını 2015-ci ildə, “İnter” isə sonuncu dəfə 2010-cu ildə qazanıb.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"