- Çempionlar liqası
- 14:19 02.06.2025
"Barselona"nın vingeri Lamin Yamal Çempionlar Liqasının yarımfinal mərhələsində tarixə düşüb.
90deqiqe.Az xəbər verir ki, Çempionlar Liqasının rəsmi "X" (keçmiş Twitter) hesabında 17 yaşlı futbolçunun bu nailiyyəti xüsusi qeyd olunub.
"İnter"lə baş tutan və 3:3 hesabı ilə nəticələnən yarımfinal görüşündə Yamal qol vurarkən onun 17 yaş 291 günlük yaşı var idi. Bu nəticə ilə o, turnirin bu mərhələsində qol vuran ən gənc futbolçu kimi tarixə düşüb.
Yamal bu göstəricisi ilə 2017-ci ildə "Monako"nun heyətində yarımfinalda fərqlənən və həmin vaxt 18 yaş 140 günlük olan Kilian Mbappenin rekordunu geridə qoyub.
UEFA-nın rəsmi səhifəsi bu uğuru “Yamal işləri” (“Yamal things”) sözləri ilə paylaşaraq futbolçunun nailiyyətini xüsusi qeyd edib.
Bu mövsüm Avropanın ən nüfuzlu klub turnirində 17 yaşlı forvard 12 oyunda meydana çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.