14 dekabr 2025. Bazar günü

“Belə matçlar sayəsində stadionlar heç vaxt boş qalmayacaq”


“Belə matçlar sayəsində stadionlar heç vaxt boş qalmayacaq”

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsində 3:3 hesablı heç-heçə ilə nəticələnən "Barselona" – "İnter" oyunu barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, ispan mütəxəssis jurnalistlərə verdiyi açıqlamada matçın yüksək səviyyədə keçdiyini bildirib:

“Oyunun nə qədər yaxşı olduğuna təəccüblənirəm. Belə matçlar sayəsində stadionlar heç vaxt boş qalmayacaq və sənayemiz inkişaf edəcək. Bu iki yarımfinal qarşılaşmasına görə hər iki komandaya minnətdaram. Hər ikisi inanılmaz idi, xüsusən də dünənki oyun.

Nəticələrin əhəmiyyəti yoxdur. "Barselona" azarkeşləri gördükləri futbolla fəxr edə bilərlər. Düşünürəm ki, “İnter” bizim finalda qalib gəldiyimiz o komandanın nə qədər güclü olduğunu bir daha göstərdi. Onların müdafiəsi, hücuma keçidləri, fiziki gücü və taktiki nizam-intizamı çox yüksək səviyyədədir.

[Simone] İnzaqi əla məşqçidir. Qarşıda çərşənbə axşamı və çərşənbə günü bizi iki möhtəşəm oyun gözləyir. Bu dörd komanda finala çıxmaq üçün tam layiqli rəqiblərdir.”







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi