14 avqust 2026. Cümə

 "Düşündüm ki, qol vurmasam..."


 "Düşündüm ki, qol vurmasam..."

Çempionlar Liqasının yarımfinalının cavab oyununda "Barselona" ilə görüşdə (4:3 OT, 7:6) qələbə qolunu vuran "İnter"in yarımmüdafiəçisi Davide Frattesi bu epizodda mümkün qaçırılmasına ironik reaksiya verib.

90deqiqe.Az xəbər verir ki, futbolçu oyundan sonra verdiyi müsahibədə belə deyib.

 "Düşündüm ki, qol vurmasam, bitmişəm".

25 yaşlı Frattesi əlavə vaxtın 9-cu dəqiqəsində fərqlənib. Yeri gəlmişkən, italyanlar əsas vaxtda 90+3-cü dəqiqədə Françesko Acerbi topu tora daxil edərək hesabı bərabərləşdirib. Bu qol Frattesinin Çempionlar Liqasında 20 matçda üçüncü qolu olub. Onun da üç məhsuldar ötürməsi var.

"İnter" Çempionlar Liqasının finalında PSJ - "Arsenal" matçının qalibi ilə qarşılaşacaq (ilk oyun 1:0).







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu