14 dekabr 2025. Bazar günü

"PSJ ilə oyunda bəxtimiz gətirmədi"


"PSJ ilə oyunda bəxtimiz gətirmədi"

"Liverpul"un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab görüşündə "Liverpul"un penaltilər seriyasında uduzduğu (1:4) oyunu haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, "L'Équipe" misirli futbolçunun dediklərini belə çatdırıb.

"Bu, onların günü idi. Məğlubiyyətdən sonra PSJ oyunçularının əllərini sıxdım və dedim: 'Təbrik edirəm, gedin və turniri qazanın!' Və belə də oldu. Mövsüm boyunca yaxşı formada idik, sadəcə mart ayında kiçik bir geriləmə yaşadıq. Elə həmin vaxt Avropanın ən yaxşı komandalarından biri ilə qarşılaşdıq. Onlar yüksəliş dövründə idilər, biz isə formamızın aşağı nöqtəsinə çatmışdıq. Ardınca Yeni Liqa Kubokunda oynadıq və Çempionlar Liqasında məğlubiyyətlə üzləşdik. Bu, heç də yaxşı an deyildi.

Dürüst olmalıyam: PSJ ilk oyunda çox yaxşı çıxış etdi. Biz isə bir az şanslı idik – Alisson "Liverpul" karyerasındakı ən yaxşı oyunlardan birini keçirdi. Onlar çox şanssız oldular. Cavab görüşündə isə biz "Enfil"'də iki-üç dəfə topu dirəyə vurduq, bir-iki dəfə isə onların müdafiəçiləri topu qapı xəttindən çıxardı. Sadəcə olaraq bəxtimiz gətirmədi"







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi