26 may 2026. Çərşənbə axşamı

"Heç kim Messi ilə müqayisə oluna bilməz"


"Heç kim Messi ilə müqayisə oluna bilməz"

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem argentinalı Lionel Messi ilə "Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Lamin Yamalın müqayisəsi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sports Illustrated" funksionerin dediklərini belə çatdırıb. 

"İndi heç kimin Messi ilə müqayisə oluna biləcəyini düşünmürəm, amma indiyə qədər gördüyüm futbolçular arasında Yamal ona ən yaxın olanıdır.İnanıram ki, bir gün onun Leo ilə müqayisə edə biləcəyi bir an gələcək.Belə oyunçular 20-30 ildən bir doğulur”.

Bu mövsüm Lamin Yamal bütün turnirlərdə 51 matçda meydana çıxıb, 15 qol vurub və 24 məhsuldar ötürmə edib.







Çempionlar liqası

“Şənbə günü Avropa çempionu olacağıq”
  • Çempionlar liqası
  • 22:42 25.05.2026
“Şənbə günü Avropa çempionu olacağıq”
“Finalda oynayacağam”
  • Çempionlar liqası
  • 23:06 20.05.2026
“Finalda oynayacağam”