- Çempionlar liqası
- 14:15 18.06.2025
Bu gün UEFA Qadınlar arasında Çempionlar Liqasının final oyunu keçirilib.
90deqiqe.Az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda yerləşən “Joze Alvalade” stadionunda keçirilən qarşılaşmada İngiltərənin “Arsenal” və İspaniyanın “Barselona” komandaları üz-üzə gəlib. Gərgin və əzmkar mübarizə şəraitində keçən final matçında “topçular” minimal hesabla qalib gəlib – 1:0.
Oyunun taleyini həll edən yeganə qolu 75-ci dəqiqədə “Arsenal”ın isveçli hücumçusu Stina Blaxtenius vurub.
Bu qələbə “Arsenal” qadın komandası üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, London təmsilçisi ilk dəfə UEFA Qadınlar Çempionlar Liqasının qalibi olub. Qeyd edək ki, “Arsenal” cari mövsümdə İngiltərə çempionatını 48 xalla ikinci pillədə başa vurub.