14 dekabr 2025. Bazar günü

“Qarabağ” avrokuboklarda iştirakdan 12 milyondan çox gəlir əldə edəcək


“Qarabağ” avrokuboklarda iştirakdan 12 milyondan çox gəlir əldə edəcək

Azərbaycan çempionu “Qarabağ” 2024/2025 mövsümündə avrokuboklarda iştiraka görə UEFA-dan 12,2 milyon avro gəlir əldə edəcək.

Bu barədə 90deqiqe.Az "Football Meets Data"ya istinadən məlumat yayıb.

Açıqlanan siyahıya əsasən, Ağdam təmsilçisi UEFA turnirlərində iştirakla əlaqədar xeyli gəlir əldə edən klublar arasında yer alıb.

Siyahının ilk iki pilləsində UEFA Çempionlar Liqasının finalçısı olan klublar – Fransa təmsilçisi PSJ və İtaliyanın “İnter” komandası qərarlaşıb. Hər iki nəhəng klub final qarşılaşmasından əvvəl artıq 130 milyon avrodan çox gəlir qazanıb.

Üçüncü pillədə isə İngiltərə Premyer Liqasında çıxış edən “Arsenal” yer alıb. London təmsilçisinin UEFA-dan 117 milyon avro civarında gəlir əldə edəcəyi gözlənilir.

Qeyd edək ki, “Qarabağ” son illərdə avrokuboklarda mütəmadi və uğurlu çıxışı ilə həm idman, həm də maliyyə baxımından ciddi nailiyyətlər əldə edir. 12,2 milyon avroluq gəlir klub üçün yalnız növbəti uğurlu mövsümə deyil, həm də infrastruktur və heyət baxımından inkişaf üçün mühüm təkan ola bilər.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi