14 dekabr 2025. Bazar günü

"Bizi həmişə tənqid edirsiniz, bu gün cavabımızı verdik"


"Bizi həmişə tənqid edirsiniz, bu gün cavabımızı verdik"

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi komandasının UEFA Çempionlar Liqasının finalında “İnter” üzərində 5:0 hesablı qələbəsindən sonra jurnalistləri tənqidi münasibətlərinə görə ittiham edib.

90deqiqe.Az xəbər verir ki, "RMC Sports" funksionerin dediklərini belə çatdırıb.

“Bizi hər zaman tənqid edirsiniz, bizə şübhə ilə yanaşırsınız. Bu gün isə sübut etdik ki, qalib gəlmək gücümüz var. Çempionlar Liqasının qalibi olduq! Bununla fəxr edirik. Biz yalnız Paris üçün yox, bütün Fransa üçün oynadıq. Çoxsaylı azarkeşlərimiz var və bu, bizi qürurlandırır”

PSJ prezidenti baş məşqçiyə, futbolçulara və klubun strateji məsləhətçisi Luis Kamposa təşəkkürünü də ifadə edib.

Bu, PSJ-nin tarixində qazandığı ilk Çempionlar Liqası kuboku olub. Eyni zamanda, “İnter” üzərində 5:0 hesablı qələbə turnirin – həm Çempionlar Liqasının, həm də onun sələfi olan Avropa Çempionlar Kubokunun final mərhələsi tarixində qeydə alınmış ən böyükhesablı qələbə kimi tarixə düşüb.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi