28 mart 2026. Şənbə

"Qızımı xatırlamaq üçün Çempionlar Liqasını qazanmağa ehtiyacım yoxdur"


 "Qızımı xatırlamaq üçün Çempionlar Liqasını qazanmağa ehtiyacım yoxdur"

PSJ-nin baş məşqçisi Luis Enrike 2019-cu ildə sümük xərçəngi nəticəsində vəfat edən qızı Xananı heç vaxt unutmadığını bildirib. 

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

“Qızımı xatırlamaq üçün Çempionlar Liqasını qazanmağa ehtiyacım yoxdur. Qızım həmişə bizimlədir,” – deyə Luis Enrike bildirib.

Mayın 31-də PSJ Çempionlar Liqasının finalında “İnter”i 5:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin qalibi olub. Qələbədən sonra azarkeşlər tribunalarda Enrike və Xananın təsvir olunduğu pankart açıblar.Həmin vaxt Xananın doqquz yaşı var idi.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"