7 mart 2026. Şənbə

PSJ UEFA-dan 150 milyon avro pul mükafatı alacaq


PSJ UEFA-dan 150 milyon avro pul mükafatı alacaq

PSJ Çempionlar Liqasını qazandıqdan sonra UEFA-dan təxminən 150 milyon avro məbləğində pul mükafatı alacaq.

90deqiqe.Az-ın “Football Meets Data”ya istinadən yaydığı məlumata görə, Paris klubu UEFA Superkubokunda “Tottenhem”inə qarşı keçiriləcək oyuna görə əlavə olaraq 4 milyon avro qazanacaq.

Turnirin finalında məğlub olan “İnter”in gəliri 136,6 milyon avro təşkil edib. İlk üçlükdə yer alan digər komanda isə “Arsenal”dır – İngiltərə təmsilçisi turnirdəki çıxışından 117 milyon avro gəlir əldə edib.

Xatırladaq ki, Münhendə keçirilən final qarşılaşmasında PSJ “İnter”i 5:0 hesabı ilə məğlub edərək klub tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub.







Çempionlar liqası

Çempionlar Liqasında həftənin oyunçusu bilindi
  • Çempionlar liqası
  • 23:48 26.02.2026
Çempionlar Liqasında həftənin oyunçusu bilindi