31 yanvar 2026. Şənbə

Olimpiakos və Dinamo ÇL-nın qrup mərhələsində


Olimpiakos və Dinamo ÇL-nın qrup mərhələsində

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. 

Səfərdə Yunanıstan “Olimpiakos”una 0:4 hesabıyla uduzan “Krasnodar” bu dəfə doğma azarkeşləri qarşısında rəqibi ilə üz-üzə gəlib. Amma doğma meydanda da məğlub olaraq istəyinə çata bilməyən Rusiya təmsilçisi ÇL-la vidalaşıb.

Norveç “Rusenborq”u Xorvatiya “Dinamo”su, Serbiya “Srvena Zvezda”sı isə İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşıb. Bu oyunların hər ikisi eyni hesabla – 1:1 başa çatıb. “Dinamo” və “Srvena Zvezda” ÇL-in qrup mərhələsinə vəsiqə qazandıqları halda, rəqibləri qitənin ən nüfuzlu klub turniri ilə vidalaşmalı olub.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları

27 avqust

Krasnodar (Rusiya) – Olimpiakos (Yunanıstan) 1:2
Qol: Utkin, 10 – El Arabi, 11; 48.
İlk oyun – 0:4

Rusenborq (Norveç) – Dinamo (Zaqreb, Xorvatiya) 1:1
Qol: Akintola, 11 – Qoyak, 71.
İlk oyun – 0:2

Srvena Zvezda (Serbiya) – Yanq Boyz (İsveçrə) 1:1
Qol: Vukanoviç, 59 – E.F.Ben, 82-öz qapısına.
İlk oyun – 2:2







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”