31 yanvar 2026. Şənbə

Daha 3 klub qrup mərhələsində - Çempionlar Liqası


Daha 3 klub qrup mərhələsində - Çempionlar Liqası

UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Corner.az xəbər verir ki, son oyun günündə də 3 görüş keçirilib.

Kiprdə keçirilən ilk oyunda APOEL-lə qolsuz heç-heçəyə razılaşan “Ayaks” bu dəfə rəqibini doğma meydanında qarşılayıb. İki cavabsız qolla qalib gələn Hollandiya təmsilçisi APOEL-in sürpriz etməsinə imkan verməyib. 

Belçikanın “Brügge” klubu LASK-la, Çexiya “Slaviya”sı isə ÇFR-lə üz-üzə gəlib. Bu görüşlərdə də meydan sahibləri qələbə qazanıb.

Bununla da, “Ayaks”, “Brügge” və “Slaviya” da ÇL-in qrup mərhələsinə yüksəlib.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları

27 avqust

Krasnodar (Rusiya) – Olimpiakos (Yunanıstan) 1:2
Qol: Utkin, 10 – El Arabi, 11; 48.
İlk oyun – 0:4

Rusenborq (Norveç) – Dinamo (Zaqreb, Xorvatiya) 1:1
Qol: Akintola, 11 – Qoyak, 71.
İlk oyun – 0:2

Srvena Zvezda (Serbiya) – Yanq Boyz (İsveçrə) 1:1
Qol: Vukanoviç, 59 – E.F.Ben, 82-öz qapısına.
İlk oyun – 2:2

28 avqust

Ayaks (Hollandiya) – APOEL (Kipr) 2:0
Qol: Alvares, 43. Tadiç, 80.
İlk oyun – 0:0

Brügge (Belçika) – LASK (Avstriya) 2:1
Qol: Vanaken, 70. Dennis, 89 – Klauss, 74-pen.
İlk oyun – 1:0

Slaviya (Praqa, Çexiya) – ÇFR (Kluj, Rumıniya) 1:0
Qol: Boril, 66.
İlk oyun – 1:0







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”