Avropada 2018/19 mövsümünün ən yaxşı yarımmüdafiəçisi müəyyənləşib.
Corner.az xəbər verir ki, bu gün Çempionlar Liqasının qrup mərhələsinin Monakoda təşkil olunan püşkatma mərasimində ən yaxşı yarımmüdafiəçinin adı açıqlanıb.
Bu ötən mövsümü “Ayaks”da keçirən Frenki de Yonqdur. O, UEFA-nın sorğusunda Kristian Eriksenlə Cordan Hendersonu qabaqlaya bilib.
Qeyd edək ki, 2018/19 mövsümünün ən yaxşı qapıçısı “Liverpul”un əlcək sahibi Alisson Bekker, müdafiəçisi isə onun komanda yoldaşı Vircil van Dayk seçilib.