29 iyun 2026. Bazar ertəsi

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri bilindi


Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri bilindi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən tədbirdə “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.

Ağdam təmsilçisi II təsnifat mərhələsində “Şelburn”u (İrlandiya) mübarizədən kənarlaşdırsa, növbəti raundda “Şkendiya” (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 5-6-da, cavab görüşləri isə bir həftə sonra oynanılacaq. “Qarabağ” II təsnifat mərhələsində "Şelburn"la ilk matçını iyulun 23-də səfərdə, cavab qarşılaşmasını iyulun 30-da evdə keçirəcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu