26 mart 2026. Cümə axşamı

“Qarabağ” İrlandiyada darmadağınla qələbə qazandı


“Qarabağ” İrlandiyada darmadağınla qələbə qazandı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” səfərdə “Şelburn” üzərində inamlı qələbə əldə edib.

90deqiqe.Az xəbər verir ki, Dublində yerləşən “Tolka Park” stadionunda baş tutan görüşdə Ağdam təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.

Oyunda hesab 13-cü dəqiqədə açılıb. Leandro Andrade fərqlənərək “Qarabağ”ı önə çıxarıb. İkinci hissədə də hücumlarını davam etdirən Azərbaycan çempionu 81-ci dəqiqədə Aleksey Kaşukun qolu ilə üstünlüyünü artırıb. Cəmi dörd dəqiqə sonra, 85-ci dəqiqədə Nəriman Axundzadə son nöqtəni qoyub.

Bu nəticə ilə “Qarabağ” III təsnifat mərhələsinə vəsiqə uğrunda keçiriləcək cavab görüşü öncəsi ciddi üstünlük qazanıb.

Qarşılaşmanın cavabı Bakıda baş tutacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"