17 avqust 2026. Bazar ertəsi

Çempionlar Liqasının finalları bu şəhərdə


Çempionlar Liqasının finalları bu şəhərdə

UEFA qarşıdakı üç ildə Çempionlar Liqasının hansı şəhərlərdə keçiriləcəyini dəqiqləşdirib.

Corner.az xəbər verir ki, bu haqda “Associated Press” məlumat yayıb. İlk dəfə olaraq qitəninin ali futbol qurumu dalbadal üç finalın təşkil olunacağı şəhərlərlə bağlı qərar verəcək.

UEFA-dakı mənbə bildirib ki, 2021-ci ildə finala namizəd şəhərlər Sankt-Peterburq və Münhen olsa da, üstünlük Rusiya şəhərinə veriləcək. 2022-ci ilin finalı isə Münhendə təşkil olunacaq. 2023-cü ildə isə ÇL-in həlledici görüşü Londonun “Uembli” stadionunda keçiriləcək.

Sentyabrın 24-ü UEFA İcraiyyə Komitəsinin iclasında bu qərarı təsdiqləyəcəyi bildirilib.(qol)







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu