14 dekabr 2025. Bazar günü

"Qarabağ" “Şelburn”u məğlub edərək növbəti mərhələdə!


"Qarabağ" “Şelburn”u məğlub edərək növbəti mərhələdə!

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” evdə “Şelburn”u (İrlandiya) 1:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada yeganə qol 44-cü dəqiqədə qonaq komandadan Con Martin tərəfindən avtoqol şəklində vurulub. 68-ci dəqiqədə meydan sahiblərinin üzvü Kadi Borgesə verilən penalti zərbəsi isə qeyri-dəqiq olub.

İlk oyun Dublində “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

İki oyunun yekun nəticəsinə əsasən, “Qarabağ” mərhələni adlayaraq III təsnifat mərhələsinə vəsiqə qazanıb. Qurban Qurbanovun komandası növbəti mərhələdə Şimali Makedoniyanın “Şkendiya” klubu ilə Rumıniyanın FCSB komandasının qalibi ilə qarşılaşacaq.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi