14 dekabr 2025. Bazar günü

Azərbaycan UEFA Reytinqində Rusiyanı ötərək 28-ci sırada möhkəmləndi


Azərbaycan UEFA Reytinqində Rusiyanı ötərək 28-ci sırada möhkəmləndi

Avrokuboklarda Azərbaycan klublarının uğurlu çıxışları sayəsində ölkə UEFA reytinqində Rusiyanı qabaqlayaraq 28-ci sırada möhkəmlənib.

90deqiqe.Az-ın məlumatına görə,  II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsində Azərbaycan əmsalı 18.750-ə yüksəlib. Cari mövsümdə ölkənin qazandığı əmsal isə 1.625 təşkil edib. Bu nəticə ilə Azərbaycan, 19.225 xal toplayan Ukraynanın 27-ci yerini, 18.299 xalla 29-cu sırada olan Rusiyanı geridə qoyub.

Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıdakı cavab oyununda İrlandiyanın "Şelburn" klubunu 1:0 hesabı ilə məğlub edib. Səfərdə rəqibini 3:0 hesabı ilə yenən "köhlən atlar" növbəti raundda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə qarşılaşacaq.

"Sabah" isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın "Petrokub" komandasını səliqəli çıxışı ilə üstələyib. Səfərdə 2:0, evdə isə 4:1 hesabı ilə qalib gələn "bayquşlar" III təsnifat mərhələsinə yüksəlib.

"Araz-Naxçıvan" Yunanıstanda "Aris" ilə 2:2 hesablı bərabərlik əldə edərək növbəti raunda vəsiqə qazanıb. Bakıda 2:1 hesabı ilə qalib gələn Naxçıvan təmsilçisi mərhələni adlayıb.

Təəssüf ki, "Zirə" Xorvatiyada "Hayduk" qarşısında əlavə vaxtda 1:2 hesabı ilə məğlub olaraq avrokuboklardakı mübarizəni dayandırıb. Bakıda rəqibi ilə 1:1 hesablı bərabərlik əldə edən "qartallar" bu mərhələyə çıxmağa müvəffəq ola bilməyib.

Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya) komandası ilə qarşılaşacaq, "Araz-Naxçıvan" isə Kiprin "Omoniya" klubu ilə münasibətlərini aydınlaşdıracaq.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi