14 dekabr 2025. Bazar günü

“Pley-offa qədər yeni transferlər ola bilər”


“Pley-offa qədər yeni transferlər ola bilər”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə cavab oyunu öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis Bakıda keçiriləcək matçın əhəmiyyətini vurğulayıb:

“Çox vacib oyun olacaq. Rəqib iddialı və döyüşkən kollektivdir. Sabah çox güc sərf etməli olacağıq. İntizamlı olmalı, azarkeşlər üçün maraqlı futbol sərgiləməliyik. İlk görüşdən sonra rəqib haqda təəssüratlarım dəyişməyib”.

Qurbanov Kadi Borgesin çıxışı barədə də danışıb:

“O, istəksiz deyil. Kadi texnikalı oyunçudur, amma belə görüşlərdə rəqibi də nəzərə almaq lazımdır. Tapşırıqları vardı, səhvlər isə qaçılmazdır. Potensialı böyükdür”.

Baş məşqçi Emmanuel Addai ilə bağlı da maraqlı açıqlama verib:

“Azərbaycan yeməklərini dadandan sonra rejimində dəyişiklik oldu, kiçik cərimələr tətbiq etdim. Artıq hər şey qaydasındadır. Bu, ciddi problem deyil”.

İlk matçdakı top itkilərinə toxunan Qurbanov komandanın üzərində çalışdığını bildirib:

“Daha səliqəli oynaya bilərdik, məşqlərdə bunun üzərində dayandıq”.

Transfer planlarından danışan mütəxəssis pley-off mərhələsinə qədər yeni oyunçuların gələ biləcəyini istisna etməyib:

“Yalnız hücumçu deyil, orta xətt, cinah və müdafiə üçün də oyunçu axtarırıq. İllərdir gətirdiyimiz hücumçular qısa müddətdə özünü göstərir, sonra təkliflər alır və gedirlər. Bu, həm üstünlük, həm də maneədir. Kollektiv formalaşdıranda belə dəyişikliklər çətinlik yaradır”.

Qeyd edək ki, "Qarabağ" – "Şkendiya" görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq. İlk oyunda Ağdam təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi