9 dekabr 2025. Çərşənbə axşamı

“Qarabağ”a qarşı itirəcək heç nəyimiz yoxdur”


“Qarabağ”a qarşı itirəcək heç nəyimiz yoxdur”

“Şkendiya”nın (Şimali Makedoniya) baş məşqçisi Ceton Bekciri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis Bakıdakı görüşün çətin keçəcəyini vurğulayıb:

“Qarabağ” çox güclü komandadır. Sabah bütün imkanlarımızdan istifadə edib qələbə qazanmağa çalışacağıq. İtirəcək heç nəyimiz yoxdur, buna görə də irəli atılacağıq. İlk oyunda müəyyən problemlərimiz oldu. Düzdür, qol vurmaq üçün imkanlarımız vardı, amma təəssüf ki, meydanı məğlub tərk etdik”.

Bekciri ilk qarşılaşmada Azərbaycan çempionunun üstün tərəflərinə toxunub:

“Qarabağ” xüsusilə ilk yarıda daha yaxşı çıxış etdi. Bəzi futbolçularımızın fiziki hazırlığı istənilən səviyyədə deyildi. Lakin ikinci hissədə oyuna nəzarəti biz ələ aldıq”.

Qeyd edək ki, “Qarabağ” – “Şkendiya” qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da keçiriləcək. İlk oyunda Ağdam təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

“İnter” əsas oyunçusunu itirə bilər
  • Çempionlar liqası
  • 23:43 08.12.2025
“İnter” əsas oyunçusunu itirə bilər
“Əsas diqqətimiz Çempionlar Liqasındadır”
  • Çempionlar liqası
  • 22:44 08.12.2025
“Əsas diqqətimiz Çempionlar Liqasındadır”
Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu