14 avqust 2026. Cümə

“Qarabağ” – “Şkendiya” oyunu üçün satılmış biletlərin sayı açıqlanıb


“Qarabağ” – “Şkendiya” oyunu üçün satılmış biletlərin sayı açıqlanıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda "Qarabağ" və Şimali Makedoniyanın “Şkendiya" komandaları arasında keçiriləcək cavab oyununa satılan biletlərin sayı açıqlanıb.

Ağdam təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, artıq qarşılaşma üçün 25 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti, müvafiq olaraq, 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Qeyd edək ki, bu gün oynanılacaq "Qarabağ" - "Şkendiya" görüşü saat 20:00-da start götürəcək. İlk matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu