14 dekabr 2025. Bazar günü

“Qarabağ” Çempionlar Liqasında pley-offa yüksəldi


“Qarabağ” Çempionlar Liqasında pley-offa yüksəldi

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ” növbəti mərhələyə adlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən cavab görüşündə Ağdam klubu rəqibini 5:1 hesabı ilə darmadağın edib.

Oyunun 10-cu dəqiqəsində qonaqlar Fabris Tambanın qolu ilə önə keçsə də, cəmi 5 dəqiqə sonra Klisman Sakenin avtoqolu hesabı bərabərləşdirib. Ardınca Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35) və Leandro Andrade (59) fərqlənərək “Qarabağ”a inamlı qələbə qazandırıblar.

Xatırladaq ki, Skopyedə baş tutan ilk qarşılaşmada Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanmışdı. İki oyunun nəticəsinə əsasən 6:1 ümumi hesabla üstün olan Qurban Qurbanovun komandası pley-off mərhələsində Bolqarıstanın “Ludoqorets” və ya Macarıstanın “Ferentsvaroş” klubundan biri ilə üz-üzə gələcək.

Bu nəticə ilə “Qarabağ” ən azı UEFA Avropa Liqasının qrup mərhələsində iştirakını da təmin edib.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi