- Çempionlar liqası
- 15:40 31.01.2026
Bu gün Fransanın PSJ və İngiltərənin "Tottenhem" klubları arasında UEFA Superkuboku matçı keçirilib.
90deqiqe.Az xəbər verir ki, görüş İtaliyanın Udine şəhərindəki Friuli stadionunda oynanılıb. Gərgin və maraqlı keçən görüş əsas hissəsi 2:2 hesabı ilə başa çatıb.
Penalti seriyalarında Paris təmsilçisi dəqiq olaraq kubokun sahibi olub
Beləliklə, PSJ tarixində ilk dəfə UEFA Superkubokunun qalibi olub.
PSJ 2024/25 mövsümündə Çempionlar Liqasının, "Tottenhem" isə Avropa Liqasının qalibi olub.
Qeyd edək ki, bu, futbol tarixində 50-ci UEFA Superkubokudur.
UEFA Superkuboku
13 avqust
PSJ (Fransa) - "Tottenhem" (İngiltərə) - 2:2 (Pen: 4:3)
Qollar: Van de Ven, 39, Riçarlison, 48, Kang-In, 85, Q.Ramoş, 90+3
Baş hakim: Joao Pinheiro (Portuqaliya)
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan).
"Friuli" stadionu