26 mart 2026. Cümə axşamı

“Ferentsvaroş” – “Qarabağ” oyununa portuqaliyalı hakimlər təyinat aldı


“Ferentsvaroş” – “Qarabağ” oyununa portuqaliyalı hakimlər təyinat aldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” oyununun hakimləri müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, Macarıstanda baş tutacaq ilk görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Juan Pedru da Silva Pineyru olacaq. Ona yan xətt hakimləri Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Klaudiu Filipe Ruivo Pereyra icra edəcək. VAR hakimi qismində Tyaqu Brunu Lopes Martinş, onun köməkçisi kimi isə Fabiu Oliveyra Melu çalışacaq.

Qeyd edək ki, “Ferentsvaroş” – “Qarabağ” oyunu avqustun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"