31 yanvar 2026. Şənbə

UEFA Çempionlar Liqası: “Qarabağ” Macarıstanda qələbə qazandı


UEFA Çempionlar Liqası: “Qarabağ” Macarıstanda qələbə qazandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” səfərdə Macarıstanın “Ferentsvaroş” komandası ilə üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə,  “Qroupama Arena”da keçirilən qarşılaşmada Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Oyuna ev sahibləri sürətli start verib və 29-cu dəqiqədə Barnabas Varqa hesabı açıb.

İkinci hissədə üstünlüyü ələ keçirən “Qarabağ” 50-ci dəqiqədə Marko Yankoviçin qolu ilə hesabı bərabərləşdirib. 67-ci dəqiqədə Kevin Medina komandasını irəli çıxarıb, 85-ci dəqiqədə isə Musa Qurbanlı yekun nəticəni müəyyənləşdirib – 3:1.

Cavab matçı avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qalib UEFA Çempionlar Liqasının, məğlub tərəf isə Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”